ABŞ-ın xam neft ehtiyatları artıb

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın xam neft ehtiyatları artıb. 

Azadinform xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 5,4 milyon barrel (1,2 faiz) artaraq 472 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 4 milyon barrel azalmışdı. 

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə əvvəlki həftə ilə müqayisədə 1,8 milyon barrel azalaraq 646 milyon barrel təşkil edib. 

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1,1 milyon barrel (0,5 faiz) azalaraq 225 milyon barrel olub. Bazar proqnozları ehtiyatların da geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,6 milyon barrel azalmışdı.

16.05.2019 18:15 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo