Bakıda VAR olacaq

Samir Soltanov/AZADİNFORM. Avropa Liqasının finalında İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında matçda VAR (arbitrlərə videokömək) sistemindən istifadə ediləcək. 

Azadinform xəbər verir ki, bu matç turnir tarixində hakimlərin videotəkrarlardan istifadə edə biləcəyi ilk oyun olacaq. 

Xatırladaq ki, “Arsenal” - “Çelsi” finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Matçın baş arbitri italiyalı Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcək. Dördüncü arbitr kimi Daniele Orsato təyin edilib. Bundan əvvəl VAR sistemindən Çempionlar Liqasının pley-off matçlarında istifadə edilib.

Əlavə məlumat kimi qeyd edək ki, Avroliqanın qalibi Çempionlar Liqasına birbaşa vəsiqə alacaq.

16.05.2019 17:55 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo