Prezident İlham Əliyev Norveç Kralını təbrik edib

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı V Haralda təbrik məktubu ünvanlayıb. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: "Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram. 

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".

16.05.2019 17:18 / Baxılıb: 123 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo