Qırmızı şeytanlardan biri Həccə gedib

Samir Soltanov/AZADİNFORM. “Mançester Yunayted”in futbolçusu Paul Poqba Həcc ziyarətinə gedib. 

Azadinform xəbər verir ki, “Qırmızı şeytanlar”ın fransalı üzvü Kəbədə çəkdirdiyi fotosunu “İnstagram” hesabından paylaşıb. Poqba fotoya “Həyatdakı vacib şeyləri heç vaxt unutma” şərhini yazıb. Poqbanın paylaşımı heyranları tərəfindən 1,8 milyon dəfə bəyənilib, 19 min şərh yazılıb. 

Qeyd edək ki, futbolçu bu mövsüm “Mançester Yunayted”in forması ilə 35 oyuna çıxıb və 13 qol vurub. 

16.05.2019 16:53 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo