Böyük türk atlası hazırlanır

"Türk xalqlarının ortaq coğrafiyası və ədəbiyyatı ilə bağlı kitab hazırlanır".

Bunu Beynəlxalq Türk Akademiyasının (TVESCO) prezidenti Darxan Kıdırali açıqlayıb.  

"Türk xalqlarının ortaq tarixi kitabını hazırlamışıq. Bu, Təhsil nazirləri arasında əldə olunan razılıq əsasında həyata keçirilib. Bu kitab orta məktəblərdə tədris olunmaq üçün nəzərdə tutulub. Hazırda türk xalqlarının ortaq coğrafiyası və ədəbiyyatı kitabları hazırlanır. Bu ənənəni davam etdirərək bundan sonra türk xalaqlarına məxsus ortaq kitablar nəşr edəcəyik", - o bildirib. 

D.Kıdırali həmçinin böyük türk atlasının da üzərində işlənildiyini söyləyib: "Toponim atlası" adlı kitab hazırlanır. Kitabda qədim dövrlərdən bəri tarixin müxtəlif zamanlarında türk dövlətlərinin mövcud olduqları ərazilərin xəritələri yerləşdiriləcək. Səlcuqilər, Səfəvilər, yaxud Osmanlı dövlətlərinin hansı əraziləri əhatə etdikləri bu xəritələrdə göstəriləcək. Kitaba Ağqoyunlular, Qaraqoyunlular və digər türk dövlətlərinin tarixi ilə birlikdə əraziləri də göstərilən xəritələr daxil ediləcək". (Report)

16.05.2019 16:30 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo