Maykl Essyen Çelsi azarkeşlərini Bakıya çağırdı

Samir Soltanov/AZADİNFORM. “Çelsi”nin sabiq futbolçusu, Maykl Essyen klub azarkeşlərini Bakıya dəvət edib. 

Azadinform xəbər verir ki, hazırda “Səbail” futbol klubunda çıxış edən futbolçu çağırışı öz “Instagram” səhifəsində paylaşıb. Essyen Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayaraq bildirib ki, “Çelsi” azarkeşlərini Bakıya gəlməyə və öz komandalarını Avropa Liqasının finalında dəstəkləməyə çağırıram: “Mən artıq üç aydır ki, Bakıda yaşayıram və burada hər şey mənim çox xoşuma gəlir. İnsanları çox mehribandır”.

16.05.2019 16:22 / Baxılıb: 138 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo