S-400-lərə biz nəzarət edəcəyik - Çavuşoğlu

Samir Soltanov/AZADİNFORM. “ABŞ S-400 raket sistemlərinin F-35 qırıcılarına təhdid yaratdığını iddia edir”. 

Azadinform xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir qeyd edib ki, açıq şəkildə sistemin tam olaraq bizim nəzarətimiz altında olacağını vurğuladıq: “NATO sistemlərinə inteqrasiya olunmayacağını da dedik. Əgər amerikalıların iddiaları doğru olsaydı, indiyə kimi S-400-lər F-35 qırıcılarının texnologiyasını çoxdan mənimsəmiş olardı”.

Nazirin sözlərinə görə, Suriyada Rusiyanın nəzarəti altında S-400 raket sistemləri var: “Eyni zamanda ABŞ qırıcıları, İsrail F-35-ləri bölgədə uçmağa davam edir. Yəni, ABŞ-ın iddiasını sübut edən səbəb yoxdur. Bu məsələni texniklər araşdırmalıdır. Biz ABŞ və NATO-ya birgə texniki işçi qrupunun yaradılmasını da təklif etdik”.

16.05.2019 15:42 / Baxılıb: 120 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo