SOCAR Aral dənizində geologiya-kəşfiyyat işləri aparacaq

Böyük Britaniyanın “BP Exploration”, Azərbaycanın SOCAR və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri Aral dənizində investisiya bloklarında geologiya-kəşfiyyat işlərinin aparılması barədə saziş imzalayıb.

Məlumata görə, sənəd Aral dənizinin Özbəkistan hissəsində, Sams-Kosbulak və Bayterek investisiya bloklarında geologiya-kəşfiyyat işlərini nəzərdə tutur.

Xatırladaq ki, “Uzbeknefteqaz” BP və SOCAR ötən ilin mayında geologiya-kəşfiyyat işləri ilə əlaqədar iki memorandum imzalamışdı. Bu memorandumlar SOCAR-da özbək mütəxəssislərin hazırlanmasını, eləcə də “Uzbeknefteqaz”ın Azərbaycanda şelf layihələrində iştirakını nəzərdə tutur. (trend)

16.05.2019 14:45 / Baxılıb: 118 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo