Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başlayır

AZADİNFORM. Mayda Bakı ilk dəfə gimnastikanın 2 növü üzrə birgə Avropa çempionatına ev sahibliyi edəcək. Belə ki, bu il bədii və aerobika gimnastikası üzrə qitə birinciliklərinin təşkili məhz Azərbaycan Gimnastika Federasiyasına (AGF) həvalə olunub.

Azadinform xəbər verir ki, mayın 16-da Bakıda 4-cü dəfə (2007-ci, 2009-cu, 2014-cü, 2019-cu il) bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək. Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışın ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə start veriləcək. Ertəsi gün yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Otuz beşinci Avropa çempionatın üçüncü günündə komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Turnirin sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastları müəyyənləşəcək.

Qeyd edək ki, çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.

16.05.2019 13:13 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo