Riberi Qalatasarayı təbrik edib

Samir Soltanov/AZADİNFORM. “Bavariya”nın fransalı futbolçusu Frank Riberi “Qalatasaray”ı təbrik edib. 

Azadinform xəbər verir ki, sosial şəbəkə hesabından sevincini bölüşən Riberi “Təbriklər “Qalatasaray”. Ötən gecə yaxşı iş bacardınız” – şərhini yazıb. Riberinin bu paylaşımı onun yenidən “sarı-qırmızılı” kluba keçəcəyi ilə bağlı məlumatın yayılmasına səbəb olub.

Qeyd edək ki, ötən gecə “Qalatasaray” “Akhisaspor”u 3:1 hesabı ilə məğlub edərək 18-ci dəfə ölkə kubokuna sahib olub. 

Xatırladaq ki, fransalı futbolçu 2005-ci ilə qısa müddət də olsa “Qalatasaray”ın formasını geyinib. 

16.05.2019 12:50 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo