Polis Bakıda əməliyyat keçirdi

AZADİNFORM. Bakıda narkotik alverçisi yaxalanıb.

Azadinform xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədilə rayon ərazisində əməliyyat keçirib.

Keçirilən əməliyyat nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək məhkum olunmuş rayon sakini, 1975-ci il təvəllüdlü Şahin Soltanov saxlanılıb. Baxış zamanı ondan 210 qram heroin və 450 qram marixuana götürülüb.

16.05.2019 12:40 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo