Bakıda su xətti partladı - İnsanlar susuz qalıb

AZADİNFORM. Bakının Nizami rayonunda su xəttində qəza baş verib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Azadinform-a verilən məlumatda bildirilir ki, səhər saatlarında ərazidən keçən 150 mm diametrli xətt partlayıb.

Dərhal hadisə yerinə qəza xidməti cəlb edilib və xəttə suyun verilişi dayandırılıb.

Hazırda problem aradan qaldırılır və yaxın vaxtda əraziyə suyun verilişi bərpa ediləcək.

Xatırladaq ki, hadisə nəticəsində ətraf ərazilərə içməli suyun verilişində fasilə yaranıb.

16.05.2019 12:18 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo