ABŞ-la hər an müharibə başlaya bilər

Samir Soltanov/AZADİNFORM. “İslam inqilabı çox həssas bir dönəmdən keçib. Düşmən bütün qüvvəsini bizimlə qarşı-qarşıya gəlmək üçün istifadə edir”. 

Azadinform xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun 2-ci komandanı, general Hüseyn Selami bildirib. Generalın sözlərinə görə, bu proses İslam inqilabının taleyini müəyyənləşdirəcək. 

ABŞ-ın bölgədəki hərbi gərginliyi artırması istiqamətində atdığı addımları dəyərləndirən H. Selami bildirib ki, düşmənlə hər an qarşı-qarşıya gələ bilərik: “ABŞ artıq çizginin son nöqtəsinə gəlib. Uzaqdan baxanda super güc kimi görünə bilərlər. Amma, onlar içi boş bir sümükdən ibarətdir”.

16.05.2019 12:08 / Baxılıb: 282 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo