Kanadadakı səfir geri çağırıldı

Filippin Kanadadakı səfirini və konsullarını 2013-cü ildə bu ölkənin ərazisinə gətirilmiş tullantıları geri qaytarmaq istəmədiyinə görə geri çağırıb.

Bu barədə Rappler saytı Filippinin xarici işlər naziri Tedi Loksinə istinadla məlumat yayıb.

Nazirin sözlərini sitat gətirən sayt yazır: “Bizim Kanadadakı səfirin və konsulların geri çağırılması barədə məktublar dünən axşam göndərilib. Onların bu gün, ya sabah ölkəyə qayıdacağını gözləyirik”.

T.Loksin bildirib ki, Kanada mayın 15-dək ona verilən vaxtı ötürüb. Filippin tullantı yüklənmiş gəmi geri qayıtmayana qədər Kanadada diplomatik mövcudluğunu tam olmayan şəkildə saxlayacaq.

Xatırladaq ki, apreldə Filippin Prezidenti Rodriqo Duterte onun ölkəsini zibilxanaya çevirdiyinə görə Kanadaya müharibə elan edəcəyini bildirib. Lakin sonradan R.Dutertenin köməkçisi bildirib ki, Filippin Kanada ilə müharibəyə hazırlaşmır və Prezidentin dedikləri yalnız söz oyunudur.

Əlavə olaraq bildirilir ki, mayın əvvəllərində Kanada hökuməti Filippin ərazisinə qeyri-qanuni daşınmış tullantıları geri aparmağa hazır olduğunu deyib. (Azərtac)

16.05.2019 11:58 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo