Azeri Light 75,55 dollara satılır

Adəm Abbaslı/AZADİNFORM. Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Azadinform xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar artaraq 72,08 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar bahalaşaraq 62,23 dollar təşkil edib.

Azərbaycan neftinin də qiyməti bahalaşır. Məlumata görə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,88 dollar artaraq 75,55 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

16.05.2019 11:48 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo