Türkiyə Ali Seçki Komissiyasına güvənmirəm - Kılıçdaroğlu

Samir Soltanov/AZADİNFORM. “Mən Türkiyə Ali Seçki Komissiyasına güvənmirəm. İstanbul üzrə seçkilərdə rəqibimiz Ali Seçki Komissiyasıdır”. 

Azadinform xəbər verir ki, bu barədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bildirib. O qeyd edib ki, Komissiya millətin iradəsinə zərbə vurub: “Ali Seçki Komissiyası İstanbulun 16 milyon əhalisinə “Mən sənin səsini qəbul etmirəm. Mənə təlimat verənin arzusu reallaşana qədər bunu davam etdirəcəyəm” - deyir”.

Partiya sədri iyunun 23-də keçirilən seçkilərdə qələbə qazanacaqlarını vurğulayıb: “Görəcəksiniz. Hər kəsin də dediyi kimi “çox gözəl şeylər olacaq”. İyunun 23-də keçirilən seçkilərdə səs verəcəyik və sandıqlara sahib çıxacağıq. Heç kim bundan narahat olmasın. Mən İstanbul sakinlərinin vicdanının narahat olduğunu görürəm, hiss edirəm”. 

16.05.2019 11:10 / Baxılıb: 141 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo