Latsio 7-ci dəfə qalib adını qazanıb

Adəm Abbaslı/AZADİNFORM. İtaliya kuboku uğrunda turnirin final qarşılaşmasında “Latsio” klubu “Atalanta” komandası ilə üz-üzə gəlib.

Azadinform xəbər verir ki, Romadakı “Olimpiya” stadionunda oynanılan görüş paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0.

“Latsio”un heyətində Sergey Milinkoviç-Saviç (82) və Xoakin Korrea (90) fərqləniblər.

Bu qələbədən sonra “Latsio” tarixində yeddinci dəfə ölkə kubokunun qalibi adını qazanıb. Roma təmsilçisi 1958-ci, 1998-ci, 2000-ci, 2004-cü, 2009-cu və 2013-cü illərdə bu kuboku başı üzərinə qaldırıb.

“Atalanta” isə 1963-cü ildəki zəfərindən 56 sonra kuboka sahib olmaq şansını əldən verib.

16.05.2019 09:20 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo