Hindistanda terror aktı törədilib, xəsarət alanlar var

Hindistanın şimal-şərqində partlayış törədilib.

Bu barədə Azadinform TASS-a istinadən xəbər verir.

Məlumata görə, hadisə Assam ştatının Quvahati şəhərində baş verib. Terrorçular ticarət mərkəzinə qumbara atıblar. Nəticədə altı nəfər yaralanıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Terror aktına görə məsuliyyəti ştatın azadlığını tələb edən "Assamın azadlığı Birləşmiş Cəbhəsi" qruplaşması üzərinə götürüb.

Polis hadisənin baş verdiyi ərazini əhatəyə alıb. 

15.05.2019 22:32 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo