Maykl Essyen "Çelsi" azarkeşlərinə müraciət edib

Hazırda "Səbail"də çıxış edən qanalı futbolçu Maykl Essyen Bakıdakı Avropa Liqasının final matçından əvvəl İngiltərənin "Çelsi" klubunun azarkeşlərinə müraciət edib.

Azadinform-un məlumatına görə, təcrübəli yarımmüdafiəçi keçmiş komandasına "Arsenal"la keçirəcəyi qarşılaşmada dəstək istəyib. O, üç aydır yaşadığı Bakını çox sevdiyini vurğulayaraq bütün "Çelsi" fanatlarını Azərbaycan paytaxtına dəvət edib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlanacaq.

15.05.2019 21:48 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo