İlin əvvəlində əhaliyə 1.2 milyard manatlıq xidmət göstərilib

Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,5 faiz artaraq 1 milyard 288,7 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 866,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 67,3 faizini təşkil edib.

2019-cu ilin yanvar-mart aylarında iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 4 faiz artaraq 216,5 milyon manat olub. Dövriyyənin 40,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-mart aylarına nisbətən 8,8 faiz azalaraq 86,8 milyon manat təşkil edib. (trend)

15.05.2019 20:54 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo