Azərbaycan millisi çempionatın ilk gününü medalsız başa vurub

Azərbaycanın taekvondo millisi Böyük Britaniyanın Mançester şəhərində start götürən dünya çempionatının ilk gününü medalsız başa vurub.

Azadinform-un məlumatına görə, ilk yarış günündə yığmanın heyətində Qaşım Maqomedov dayanq üzərinə çıxıb.

58 kq çəki dərəcəsində yarışan idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Maqomedov 1/4 finala kimi irəliləsə də, bu raundda Portuqaliya təmsilçisi Ruy Braqansaya uduzub - 4:7.  

Qeyd edək ki, Azərbaycan yığması 5 gün davam edən mundialda 10 taekvondoçu ilə təmsil olunur. 

15.05.2019 19:16 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo