PSJ Mbappeni buraxmaq istəmir

PSJ aparıcı hücumçusu Kilian Mbappeni buraxmaq istəmir. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, Paris klubu 20 yaşlı futbolçu ilə danışıqlara başlayıb. Hələlik tərəflərin razılığa gələ bilmədiyi deyilsə də, klub rəhbərliyi Avropa nəhənglərinin maraq dairəsində olan ulduz oyunçunun müqaviləsini tezliklə yeniləmək niyyətindədir. 

Qeyd edək ki, PSJ ilə hazırkı sözləşməsi 2022-ci ilin yayına qədər olan Mbappeni “Real”, “Barselona”, “Mançester Yunayted” kimi klublar heyətinə qatmaq istəyir.

15.05.2019 18:53 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo