Ucarın icra başçısı Pirkənddə səyyar qəbul keçirib - FOTO

AZADİNFORM. Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov növbəti səyyar qəbul keçirib.

Ucar RİH-dən Azadinform-a verilən məlumata görə, icra başçısı səyyar qəbulun qrafiki üzrə bu dəfə rayonun Pirkənd kəndində olub. Kənd inzibati ərazi dairəsində keçirilən qəbulda 205 nəfər iştirak edib.

Mənsur Məmmədov vətəndaşlarla görüşündə onların problemlərini dinləyib, təklif və qayğıları ilə maraqlanıb. Sakinlərin səsləndirdiyi problemlər yerindəcə həllini tapıb, bəziləri isə nəzarətə götürülüb.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, görüş Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqlarına əsasən baş tutub.

15.05.2019 15:50 / Baxılıb: 305 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
25.05.2019
24.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo