Facebookdan xəbərdarlıq gəldi

Aygün Nəbiyeva / AZADİNFORM. “Facebook” toplum qaydalarını pozan canlı yayımları qadağan edəcəyini açıqlayıb.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, “Facebook” canlı yayımlarda toplum qaydalarını pozan hesabları bir müddətlik qadağan edəcək. Yayılan xəbərlərə görə, sosial şəbəkə Yeni Zelandiyada baş verən qətliamdan sonra, qaydaları pozan canlı yayımları qadağan edəcək. Bu qadağa mart ayında Yeni Zelandiyada baş verən “Nur” ve “Linwood” məscidlərindəki terror hadisəsindən sonra qərara alınıb. “Facebook” nümayəndəsi Guy Rosen şəxsi bloqunda paylaşdığı yazıda bundan bəhs edib. O qeyd edib ki, “Bu gündən etibarən canlı yayımlarla bağlı qaydaları ciddiləşdiririk. Məsələn, hansısa terror qrupunun açıqlamasını paylaşan bir istifadəçinin canlı yayım açması dərhal əngəllənəcək”, - ifadələrini işlədib.

15.05.2019 15:40 / Baxılıb: 123 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo