596-nın hərəkət trayektoriyası bərpa edilib

AZADİNFORM. Abşeron rayonunda fəaliyyət göstərən marşrut xəttinin hərəkət trayektoriyası bərpa edilib.

Bu barədə Azadinform-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Qurum sözçüsü bildirib ki, marşrut xəttinin istiqamətinin dəyişdirilməsinə səbəb Xocahəsən yolunda gedən təmir işləri olub: "Bu məqsədlə 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqamətinin müvəqqəti dəyişdirildiyi haqqında məlumat vermişdik. Yolun bir hissəsində işlər yekunlaşdığından 596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib".

15.05.2019 14:41 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo