Məhkumlara peşə hazırlığı kursları keçirilir Sertifikat da olacaq

AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına əsasən, cari il üçün penitensiar müəssisələrdəki peşə tədrisi bazalarında peşə hazırlığı kurslarının təşkilinə başlanılıb.

Azadinform-un məlumatına görə, ilk peşə kursları Salyan rayonunda yerləşən cəzaçəkmə müəssisəsində dülgər-xarrat, təmirçi çilingər peşələri üzrə təşkil edilib. Peşə kurslarına cəzaçəkmə müddətinin başa çatmasına az qalmış 28 nəfər cəlb olunub. Üç aylıq kursları müvəffəqiyyətlə bitirənlərə peşə sertifikatları veriləcək. 

Ötən il penitensiar müəssisələrdə təşkil edilən peşə hazırlığı kurslarına 239 nəfər cəlb olunub. Onlardan 60-ı qadın, 179 nəfəri kişi olub. Kurslara cəlb olunanların 30 nəfərini yetkinlik yaşına çatmayan şəxslər təşkil edib.

15.05.2019 14:29 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo