Sabah hava necə olacaq?

Adəm Abbaslı/AZADİNFORM. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasındahava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu,nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

15.05.2019 13:33 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo