ABŞ İraqdakı səfirliyini boşaldır

Samir Soltanov/AZADİNFORM. İraqda fövqəladə hallarla bağlı vəzifəsini icra edən şəxslərdən başqa, ABŞ Dövlət Departamentinin digər əməkdaşları bu ölkədən ayrılacaq. 

Azadinform xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilir ki, ABŞ-ın İraqdakı Səfirliyi və Ərbil Konsolluğundakı viza əməliyyatları müvəqqəti olaraq təxirə salınıb. Ölkədə işləri az olan heyətin ABŞ-a tez zamanda geri qayıtması üçün lazım olan tədbirlər görüləcək. 

Qeyd edək ki, ABŞ-ın İraqdakı Səfirliyi bir neçə gün öncə bölgədə artan gərginlik səbəbi ilə vətəndaşlara geri qayıtmaları ilə bağlı müraciət ünvanlamışdı.

15.05.2019 13:22 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo