Deputatımız TÜRKPA-nın iclasında iştirak edəcək

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gün Milli Məclisin deputatı Sevinc Hüseynova Türkdilli Ölkələrin Parlament Assambleyasının Sosial, mədəni və humanitar məsələlər komissiyasının 7-ci iclasında iştirak etmək üçün Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə gedəcək.

Azadinform xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, tədbirdə “BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri çərçivəsində gender məsələləri. TÜRKPA-ya üzv ölkələrdə müasir ailələrin mədəni kimliyi” (qanunvericilikdə perspektivlər) mövzusunda hesabat dinləniləcək, tövsiyə qərarı qəbul ediləcək, komissiyanın 8-ci iclasının yeri, vaxtı və gündəliyi təyin olunacaq.

Bundan başqa, S.Hüseynova səfər çərçivəsində TÜRKPA-nın 10 illik yubileyi münasibətilə Türkiyə Böyük Millət Məclisində təşkil olunmuş  fotosərgi və TÜRKPA-nın 10-cu ildönümü medallarının təqdimetmə mərasimlərinə qatılacaq.

Səfər mayın 17-də başa çatacaq.

15.05.2019 12:02 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo