Sadəcə ünsür Səbuhi Məmmədli yazır

Bu, tərbiyəsizlik deyil.

Bu, əxlaqsızlıq da deyil.

Bunun adı yoxdur.

Yox, bunun adı var.

Bu, “orduxanlıq”dır. Heç bir təbibin, üləmanın baş açmadığı xəstəlikdi “orduxanlıq”. Adamın mahiyyəti budur. Adamın içi budur. Bu adam bu qələtləri öz təşəbbüsü ilə edə bilməz. Bu adamın ağaları var. 

Təsəvvür edin, ölkə başçısı Avropanın, elə dünyanın da hesab etmək olar ki, siyasi mərkəzində - Brüsseldədir. Prezidentimiz Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən yubiley toplantısında iştirak edir. Müxtəlif səviyyəli görüşlərə qatılır. Prezidentin Brüssel səfəri ilə bağlı ona dəstək aksiyası da keçirilir. Və...

Və qəfil bir milçək peyda olub ürək bulandırır. Bambılı kimi ortaya düşüb, bir-iki özü kimi avaranı da yanına alıb Brüssel küçələrində sülənən bu iyrənc məxluq bəlkə özü də nə etdiyinin fərqində deyil. Bu adam siyasi mühacir deyil. Bu adamın siyasətə, siyasi mübarizəyə heç bir dəxli yoxdur. Bu adam züy tutandır, həm də intellekt səviyyəsi sıfırın altında olan züytutan. 

Ermənidən daha betər ermənidir bu kimi tiplər. Öz vətəninə, millətinə, şər-böhtan, təhqir yağdıran bu satqın tiplər üçün müqəddəs heç nə yoxdur. 

Yox, əslində var. Bu söyüş ruporlarının ağaları tərəfindən yal pulu kimi verilən avrolardır onlar üçün müqəddəs. Bunlar bilirsinizmi günü-gündən niyə aqressivdirlər? Çünki bu adamları nəinki Azərbaycanda, heç Avropada belə ciddi qəbul etmirlər. Cəmiyyətin böyük təpkisi altındadırlar. İctimai qınaq bunların dəli edib. Bu adamın Brüsseldə etdiklərindən sonra bir daha əmin oldum: onlar məhz, hə əlinizi ürəyinizin başına rahat qoya bilərsiniz, məhz ermənilər tərəfindən təlimatlandırılırlar. Adını siyasi mühacir qoymuş bu adamların heç biri Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayıblar. Bu adamların siyasətə dəxli yoxdur. Bunlar tamam başqa tiplərdir. 

 

 

Normalda insanın damarından qan axmalıdır, bunlarda söyüş, nifrin axır. Bu tiplər anlamır ki, təhqir, təkcə siyasi münasibətlərdə deyil, şəxsi münasibətlərdə də yolverilməzdir. Şərəf və ləyaqətin qorunması beynəlxalq hüquq normasıdır və günlərin bir günü elə sığındığın ölkədə belə buna görə cəzanı alarsan. 

Bir dəfə millət vəkili Zahid Oruc Orduxan və onun ətrafındakı söyüş makinasına belə bir cavab vermişdi: “Belə şəxslərin dillərindən səslənən fikirlər onların özlərinə məxsus deyil. Həmin adamların uğurlu ictimai-siyasi fəaliyyətləri də yoxdur. Bu adamlar ən sadə zəhməti belə çəkməyiblər. Bir ağac belə əkməyiblər. Onlar yaradıcı insanlar deyillər. Yəni, faydalı iş əmsalı mənfi formalaşan şəxslər xarici dairələrin əllərində alətə çevrilirlər. Berlindən Strasburqa qədər özlərinə lövbər salan və özlərinin tərbiyəsizlikləri ilə platforma düzəltdiklərini deyənlər, müxalifətin totalitar təfəkkürlü hissəsini çox yaxşı xarakterizə edirlər. Həmin adamların adlarını çəkmək istəmirəm, onlar buna layiq deyillər. Həmin şəxslər radikal, ekstremist simalardır”.

Çox haqlıdır. Bunlar adamlıqdan çoxdan çıxıblar. Sadəcə ünsürdürlər. 

Vəssalam.

15.05.2019 11:16 / Baxılıb: 244 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo