ABŞ-la müharibə olmayacaq Əli Xamenei

Samir Soltanov/AZADİNFORM. “ABŞ-la müharibə olmayacaq. Nə biz müharibə istəyirik, nə də onlar”. 

Azadinform xəbər verir ki, bunu İranın dini lideri Ayetullah Əli Xamenei bildirib. O qeyd edib ki, ABŞ müharibənin mənfəətinə uyğun olmadığını bilir: “Yalnız iradə qarşıdurması yaşana bilər və bizim iradəmiz daha güclüdür. İran millətinin tək seçimi ABŞ-a qarşı çıxmaqdır. ABŞ geri addım atmağa məcbur olacaq”. 

Hazırkı Ağ Ev rəhbərliyinin müzakirə təklifini “ikiqat zəhər” içməyə bənzədən dini lider vurğulayıb ki, heç bir ağıllı İran vətəndaşı üstün olduğu mövzularda alış-veriş etməz: “Onlar bizim raket sistemlərimizlə bağlı bizimlə müzakirə aparmaq istəyir. Çünki, sabah bizi vuranda istəmirlər ki, onların qərargahını məhv edən uzun mənzilli raketlərimiz olsun”. 

Dini lider vurğulayıb ki, heç kim ABŞ-ın görünüşündən qorxmasın: “Bu, böyük səhv olar. Super güclər işlərini hay-küy salaraq inkişaf etdirirlər. Amma, həqiqətdə gücləri çox zəyifdir”.

15.05.2019 11:10 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo