Şübhəli bilinən 44 nəfər saxlanılıb

Samir Soltanov/AZADİNFORM. May ayının 14-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. 

DİN-in Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb. 

15.05.2019 10:51 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo