İrandan nüvə razılaşması ilə bağlı ciddi addım

Samir Soltanov/AZADİNFORM. İran nüvə razılaşmasındakı bəzi öhdəliklərini rəsmən dayandırdığını açıqladı. 

Azadinform xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Bildirilir ki, qərar Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.
Qeyd edək ki, bir neçə gün öncə İran prezidenti Həsən Ruhani ABŞ sanksiyalarına qarşı nüvə müqaviləsi ilə məhdudlaşdırılmış 300 kiloqramdan artıq zənginləşdirilmiş uranı və ağır suyun 130 tondan çoxunun xaricə satılmasını 60 gün müddətində dayandırdıqlarını açıqlamışdı.

15.05.2019 10:25 / Baxılıb: 137 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo