Hələbdə aerodrom atəşə tutulub, 6 nəfər ölüb

Suriyanın Hələb şəhərində hərbi aerodromun yerləşdiyi Neyrab qəsəbəsinin artilleriya atəşinə tutulması nəticəsində 6 nəfər ölüb.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Ikhbariya" dövlət telekanalı məlumat yayıb.

"Terror qruplaşmaları tərəfindən Neyrab düşərgəsinə edilən artilleriya hücumu nəticəsində 6 nəfər ölüb", - deyə məlumatda bildirilir.

Suriya ordusu mayın 6-da başlayan hərbi əməliyyat zamanı Həma əyalətinin şimalında yerləşən bir neçə yaşayış məntəqəsini azad edib, həmçinin Kalat əl-Mudik və Kafr-Nabuda kimi mühüm strateji yaşayış məntəqələrini ələ keçirib.

14.05.2019 23:57 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo