Papua-Yeni Qvineyada sunami xəbərdarlığı edildi

Papua-Yeni Qvineyada sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Azadinform-un məlumatına görə, ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Milli İdarəsi yanında mərkəz ada sahillərində baş vermiş 7,7 bal gücündə zəlzələdən sonra belə bir xəbərdarlıqla çıxış edib.

Qeyd edək ki, bu gün Papua-Yeni Qvineyada təxminən 20 min əhalisi olan Kokopo şəhərindən 28 km məsafədə, 10 km dərinlikdə yeraltı təkanlar qeydə alınıb.

Dağıntılar və insan tələfatı barədə hələlik məlumat daxil olmayıb.

14.05.2019 23:21 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo