Azərbaycan bu il Dubaya çiyələk ixrac edəcək

Azərbaycanlı sahibkar ərəb ölkələrinə çiyələk ixrac etməyi planlaşdırır.

Bu barədə sahibkar Rafət Abbasov açıqlama verib.

Sahibkar bildirib ki, artıq ölkədə yığım başlayıb və yaxın vaxtlarda ərəb ölkələrinə yeni sort çiyələklər ixrac olunacaq:

“Artıq ixraca hazırlıq mərhələsi başlayıb. Ötən ilə qədər biz yalnız Rusiya bazarlarına çiyələk ixrac edirdik. Əvvəllər əsasən Moskva və Sankt-Peterburqa göndərirdik. Bu ildən isə ərəb ölkələrinə ixraca başlayırıq. İlk olaraq Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) - Dubaya çiyələk ixrac edəcəyik. Hazırda bu istiqamətdə xüsusi üsulla çiyələk yığımına başlamışıq. İlk partiya olaraq 40 ton ixrac planlaşdırırıq. BƏƏ-dən sonra İraq, İran və digər ölkələrə də çiyələk göndərmək istəyirik”. (trend)

14.05.2019 23:08 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo