Soçidə Putin və Pompeo arasında görüş başlayıb

Soçidə Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş başlayıb.

Azadinform-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Seygey Narışkin və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iştirak edirlər.

Rusiya prezidenti M.Pompeonu qəbul etməmişdən öncə, ABŞ dövlət katibi Soçidə S.Lavrov ilə görüşüb. Tərəflər görüşün yekunları üzrə birgə mətbuat konfransı keçiriblər.

14.05.2019 22:46 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo