İranda təyyarə 141 sərnişinlə təcili eniş etdi

Şiraz şəhərindən Tehran istiqamətində uçan sərnişin təyyarəsi Şiraz aeroportunda təcili eniş edib.

Azadinform-un məlumatına görə, aeroportun ictimai əlaqələr şöbəsinin rəsmisi Ehsan Ostovarinin sözlərinə görə, Vareş hava yollarına məxsus Boeing 737 sərnişin təyyarəsi texniki nasazlıq yarandığına görə aeroporta geri qayıdıb.

O, təyyarənin göyərtəsindəki 141 sərnişin və ekipaj üzvlərindən xəsarət alanların olmadığını deyib. Sərnişinlər başqa təyyarə ilə Tehrana göndəriləcək.

14.05.2019 22:32 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo