Azərbaycanda itkin sayılırdı, diasporun köməyi ilə Ukraynada tapıldı - Foto

AZADİNFORM. 25 il bundan əvvəl Azərbaycanı tərk edərək Ukraynaya gedən və bir daha geri  qayıtmayan Yusif Nağıyev vətənə yola salınıb.

Azadinform xəbər verir ki, bu barədə məlumatı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərov verib. 

M.Cəfərov bildirib ki, Y.Nağıyev ötən illər ərzində Azərbaycanda itkin sayılırdı.

"Bu gün diasporumuzun aktiv fəaliyyəti nəticəsində Yusif Nağıyev Vətənə dönəcək. Mariupl şəhərindəki diaspor fəalımız  Ayxan Hacıbəyliyə UABD-nin rəhbərliyi adından təşəkkürümüzü bildiririk. Ayxan bəyin sayəsində Y.Nağıyevin vətəndaşlıq sənədləri bərpa olundu, qohumları tapıldı"-deyə UABD-nin sədr müavini bildirib.

Qeyd edək ki, Y.Nağıyevi Ukraynanın Borispol Hava Limanından Bakıya UABD-nin sədr müavini M.Cəfərov yola salıb.

14.05.2019 21:23 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo