Türkiyəli tanınmış məşqçi istefa verib

Türkiyənin "Kasımpaşa" futbol komandası baş məşqçisi Mustafa Denizli ilə yollarını ayırıb. 

Azadinform klubun rəsmi saytına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis vəzifəsindən istefa verib. 

Təcrübəli məşqçi istədikləri nəticələri əldə edə bilmədikləri üçün bu addımı atdığını vurğulayıb. 

Qeyd edək ki, "Kasımpaşa" 32 turdan sonra Türkiyə Super Liqasında 38 xalla 13-cü pillədə qərarlaşıb. Mustafa Denizli 2013-2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub. 

14.05.2019 20:54 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo