Yüksək Liqada ikinci finalçı müəyyənləşib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında ikinci finalçı müəyyənləşib.

Azadinform xəbər verir ki, "Xəzər Cənub" kollektivi pley-off mərhələsinin üçüncü oyununda "Neftçi" İK-nı 6:5 hesabı ilə üstələyib (İlk iki oyunun nəticələri - 4:3, 4:8). Ümumi hesabda rəqibini 2:1 hesabı ilə məğlub edən komanda finala yüksəlib.

"Xəzər Cənub" həlledici görüşdə "Araz"la üz-üzə gələcək. Qarşılaşma mayın 17-də keçiriləcək. "Neftçi" İK eyni gündə bürünc medal uğrunda EKOL-la qarşılaşacaq.  

14.05.2019 20:05 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo