Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb

UEFA Çempionlar Liqasında final matçının hakimləri açıqlanıb. 

Azadinform UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Liverpul" və "Tottenhem" komandaları arasındakı həlledici görüş Sloveniyadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Damir Skominaya yan xətt hakimləri - Yure Praprotnik və Robert Vukan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə ispaniyalı Mateu Laos yerinə yetirəcək. 

Əsas Video-Köməkçi Hakim (VAR) hollandiyalı Danni Makkeli, onun köməkçiləri həmyerlisi Pol van Bukel və almaniyalı Feliks Tsvayer olacaq. VAR-da oyundan kənar vəziyyətə isə almaniyalı Mark Borş baxacaq. 

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki Vanda Metropolitano stadionunda olacaq. 

14.05.2019 19:28 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo