Aİ ilə Şərq tərəfdaşlığı ölkələri arasında birgə iş yeni başlayır

Avropa İttifaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” ölkələri arasında birgə iş on ilin tamamında bitməyib, əksinə yeni başlayır. 

Azadinform trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri və qonşuluq siyasət üzrə komissarı Yohannes Han Brüsseldə “Şərq Tərəfdaşlığı”nın onilliyinə həsr olunmuş konfrans çərçivəsində panel müzakirələri zamanı deyib. O bildirib ki, 10 il ərzində çox iş görülüb: “Onillik əməkdaşlıq müddətində bizim işimiz bitməyib, əksinə, iş hələ yeni başlayır. Söhbət islahatların reallaşdırılmasından, bütün imkanların istifadə olunmasından gedir. Son 10 il müddətində Aİ işgüzar mühitin möhkəmlənməsinə, rəqabətqabiliyyətliliyin artırılmasına mühüm vəsait yerləşdirib”.

14.05.2019 18:10 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo