Polis hamilə qadını güllələyərək öldürdü

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın Texas əyalətində axtarışda olan qadınla polis arasında qarşıdurma yaşanıb. 

Azadinform xəbər verir ki, hamilə olduğunu iddia edən qadın polislə əlbəyaxa olub. Əlbəyaxa qadının ölümü ilə nəticələnib. 

Hadisənin təfərrüatını açıqlayan polis departamentindən bildirilib ki, qadının adı axtarışda olan cinayətkarlar siyahısında olub: “Təsadüf nəticəsində polis əməkdaşı qadını tanıyıb. Onu polis bölməsinə aparmaq istəyib. Bu zaman qadın etiraz edib və araların münaqişə yaranıb. Əlbəyaxa zamanı polis qadını şok tapançası ilə zərərsizləşdirmək istəyib. Lakin, aralarında dava yarandığından qadın şok tapançasını polisin əlindən alaraq ona tərəf tuşlayıb. Polis isə odlu silahdan istifadə edərək qadına 5 dəfə atəş açıb. Qadın aldığı güllə yaralarından hadisə yerində keçinib”. 

Hadisə şahidlərinin sözlərinə görə, polis ilk dəfə şok tapançası ilə müdaxilə edəndə qadın hamilə olduğunu deyib: “Polis şok tapançasından istifadə edəndə qadın qışqıraraq “hazırda mənə zərər verirsən” deyib. Daha sonra əlbəyaxa olublar. Sonra isə polis odlu silahdan istifadə edərək qadını öldürüb”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayımlanan görüntüyə istifadəçilər kəskin şəkildə etirazını bildirib. Faktla bağlı araşdırma aparılır. 

14.05.2019 17:31 / Baxılıb: 145 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo