Deputatlarımız Parisdə beynəlxalq foruma qatılacaq

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gündən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Cavanşir Feyziyev “Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.

Azadinform xəbər verir ki, bu barədə parlamentin Mətbuat Xidməti məlumat yayıb. 

Məlumata görə, bir çox dünya ölkələrinin nüfuzlu dövlət xadimlərinin, alimlərin, tarixçi və türkoloqların qatılacağı tədbir Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən  UNESCO-nun mənzil qərargahında keçiriləcək. Forumun əsas məqsədi türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələri beynəlxalq səviyyədə elmi cəhətdən müzakirə etməkdir.

Forum çərçivəsində UNESCO-da böyük mütəfəkkir İmaməddin Nəsiminin anadan olmasının 650, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 iliyi beynəlxalq səviyyədə qeyd olunacaqdır.

Səfər mayın 19-da başa çatacaq.

14.05.2019 17:05 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo