Hindistan səfiri Fuad Muradovla görüşüb

AZADİNFORM. Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Bu barədə Azadinform-a Komitədən məlumat verilib.

Məlumatda bildirilir ki, görüşdə xaricdə yaşayan azərbaycanlılar və ölkəmizin diaspor siyasəti barədə məlumat verilib, diasporla əlaqələrin möhkəmləndirilməsi, informasiya siyasəti, diaspor təşkilatlarının fəaliyyəti, azərbaycanlıların yaşadıqları ölkələrə inteqrasiya olunmaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb. 

Səfir Bavitlunq Vanlalvavna Fuad Muradovun Milli Məclisin üzvü olarkən Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olduğunu xatırladıb, eyni zamanda ölkələrimiz arasında dostluq münasibətlərinin çoxillik tarixə malik olduğunu diqqətə çatdırıb.

Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib.

14.05.2019 16:33 / Baxılıb: 284 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.05.2019
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo