Sürücülərə tövsiyə: qış təkərlərini yayda istifadə etməyin!

Aygün Nəbiyeva / AZADİNFORM. Məlumdur ki, havalar istiləşəndə avtomobillər yay rejiminə keçirilir. Bu zaman bir sıra vacib məsələləri nəzərdə tutmaq lazımdır. Onlardan biri də fəsillə bağlı təkərlərin dəyişdirilməsidir.

Bəs avtomobillərdə yay təkərlərinin dəyişdirilməsi zamanı nəyə fikir vermək lazımdır?

Mövzu ilə bağlı Azadinform-a danışan “Gomas avto” Monza servisinin mütəxəssisi bildirib ki, təkərlər əsasən, mövsümə və yaşadığı yerin relyefinə uyğun seçilməlidir: “Qış təkərləri +5 dərəcə istilik üçün nəzərdə tutulduğu üçün istiyə dözümsüzdür. Dözümsüzlük isə təkərlərdə səslər yaradır. Xüsusilə də döngələrdə çox sərt olur. Qış təkərləri zərbəyə həssasdır, asfaltla təmas nəticəsində sürtünmə artır və istiyə dözümsüz olduğu üçün tez əyilib sıradan çıxır. Ona görə də yaz, yay və payız aylarında qış təkərləri tövsiyə olunmur. Bütün bunlarla yanaşı, maşının özünə də ziyandır. Qış təkərlərinin yayda istifadəsi mümkünsüz olur”.

Ekspert düzgün təkər seçimi ilə bağlı sürücülərə tövsiyə edir: “Brend markalar və həmin brendin özündən inanıb, etibar etdiyiniz yerdən alsanız, daha məqsədəuyğun olar. Ümumiyyətlə, qış və yaxud yay təkərləri anbar şəraitində istehsal təlimatlarına uyğun saxlanıldığı halda, 4 il saxlama müddəti var. Təhlükəsizlik baxımından təkərlərin dördü də istismara yararlı olmalıdır”.

14.05.2019 16:12 / Baxılıb: 239 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo