Azərbaycan Dəmir Yolları İspaniya şirkəti ilə 10 milyonluq müqavilə imzalayıb

Adəm Abbaslı/AZADİNFORM. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə bağlı İspaniya şirkəti ilə müqavilə imzalayıb.

Səhmdar Cəmiyyətindən Azadinform-a verilən məlumata görə, QSC tərəfindən Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərinin alınmasına Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə bağlı İspaniyanın "JV TPF Getinsa Euroestudios - Auxitec Tecnica Y Control" müqavilə imzalayıb.

Satınalma müqaviləsinin məbləği 8 milyon 260 min 743 avro və 2 milyon 360 min dollardır (ƏDV daxil).

14.05.2019 15:55 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo