Mağazadan 350 AZN oğurlayan saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Tovuz rayon sakini Tovuz Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus mağazadan mayın 6-dan 7-nə keçən gecə naməlum şəxs və ya şəxslər gizli yolla daxil olaraq oradan 350 manat nağd pulu oğurlayıb. 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azadinform-a verilən məlumata görə, dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, Ayaz Qasımov şübhəli qismində saxlanılıb. 

İlkin dindirmə zamanı o, ağır dərəcəli sərxoş olduğunu və hadisəni də spirtli içkinin təsiri altında törətdiyini etiraf edib, əldə etdiyi pulun bir qismini xərclədiyini deyib. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

14.05.2019 15:45 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo