Ramiz Rövşən: Güc gözəl şeydir, amma ədalətli güc...

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Yazıçılar Birliyinin üzvü, sevilən şair Ramiz Rövşən İctimai Televiziyanın “Dikdaban” adlı səhər verilişinin qonağı olub.

Azadinform İTV-yə istinadən xəbər verir ki, aparıcılarla səmimi söhbətləşən şair klassik uşaq şeirlərində hüznlü sonla yekunlaşan, həmçinin xarici cizgi filmlərdəki güc tərənnüm etdirən mövzuların uşaqların xarakterinin yetişməsindəki rolundan da danışıb.

Ədalətsiz gücün özü-özünü və ətrafını dağıtdığını bildirən Ramiz Rövşən, “Güclü uşaq böyütmək, amma ədalətli və rəhmdil uşaq böyütmək lazımdır”, - deyə vurğulayıb.

 

14.05.2019 15:06 / Baxılıb: 296 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo